Milli Hidrometeorologiya Xidməti: Çaylardan seç keçib
Bakı, 28 iyul, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin iyulun 28-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan, Samux rayonu ərazisindən axan Qabırrıçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Astara rayonu ərazisindən axan Təngürüdçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Oğuz rayonu ərazisindən axan Əyriçaydan sel keçib.
Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev AZƏRTAC-a bildirib ki, hazırda Daşkəsən və Göygöl rayonları ərazisindən axan Gəncəçayda və Samux rayonu ərazisindən axan Qabırrıçayda sel müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]
Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar
- 16.06.2026 [11:22]