Milli Kitabxanada “Yazıçı, publisist Şamo Arif - 90” adlı sərgi açılıb
Bakı, 9 iyul, AZƏRTAC
Milli Kitabxanada “Yazıçı, publisist Şamo Arif - 90” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Şamo Arifin həyat və yaradıcılığı haqqında, əsərləri – romanları, povest və hekayələri, tərtibçisi və redaktoru olduğu Azərbaycan dilində ədəbiyyatlar nümayiş edilib.
Şamo Arif ədəbi fəaliyyətinə 1957-ci ildə “Azərbaycan qadını” jurnalında çap olunan “Qoşa çinar” hekayəsi ilə başlayıb, 1964-cü ildə “Göz dağı” povesti və “Anamın yuxusuna girməsi” romanını nəşr etdirib. 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub və “Qızıl qələm” mükafatına layiq görülüb. Onun sonuncu romanı “Qınamayın məni” adlanır. Bundan əlavə, Şamo Arif publisistik və elmi məqalələr dərc edib, həmçinin “Dədə Süleyman” adlı xatirələr toplusunu hazırlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:17]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:10]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:00]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]