MİLLİ MƏCLİSDƏ 67 ÖLKƏ İLƏ DOSTLUQ QRUPLARI YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin xarici ölkələrlə əlaqələrini daha da inkişaf etdirmək üçün yaradılan dostluq qruplarının sayı xeyli artırılaraq 67-yə çatdırılmışdır.
Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, bu qruplar Azərbaycanın xarici ölkələrlə, həmin ölkələrin parlamentləri ilə münasibətlərinin genişləndirilməsində, respublikamızla əlaqədar məlumatların, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də haqq səsimizin müdafiə olunmasında mühüm rol oynayacaqlar.