Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.

İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.

Sədr diqqətə çatdırıb ki, 2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatıb, dövlətimizin ərazi bütövlüyü təmin olunub. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan azad edilməsi ölkəmizin qarşısında tamamilə yeni perspektivlər açıb. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə möhtərəm Prezidentimiz deyib: “Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. ...bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur”.

Sədr qeyd edib ki, 2020-ci ildə bütün dünya, o cümlədən Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayıb. Buna baxmayaraq, ölkəmiz bu ağır vəziyyətdən nisbətən az itkilərlə çıxa bilib. Koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan şəxslərə və işsizlərə ünvanlanan irimiqyaslı sosial paket icra olunub. Sahibkarlara vergi güzəştləri tətbiq edilib. Belə bir çətin ildə qeyri-neft sənayesinin 11 faiz artması məhz dövlət tərəfindən həyata keçirilən düşünülmüş tədbirlərin nəticəsində mümkün olub.

Parlamentin sədri bildirib ki, müharibənin, koronavirusla mübarizənin böyük maliyyə vəsaitləri tələb etdiyi, həmçinin sərt karantin rejiminin və aşağı neft qiymətlərinin mövcudluğu şəraitində ölkəmizin valyuta ehtiyatları qorunub saxlanılıb və hətta artırılıb.

Ötən ilin ən böyük uğurlarından biri ölkəmizin təşəbbüsü və səyləri ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin tam istismara verilməsi olub. Möhtərəm Prezidentimizin dediyi kimi, “Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır”.

Sədr qeyd edib ki, bu günlərdə daha bir sevindirici məlumat almışıq. Suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətini dəyərləndirən ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə nüfuzlu Peterson İnstitutunun tərtib etdiyi və ötən ay nəşr etdiyi 2019-cu il üzrə qiymətləndirmə cədvəlində Azərbaycan Respublikasının Dövlət Neft Fondu 64 suveren fond arasında 5-ci yerə yüksəlib. Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin həyata keçirdiyi islahatları yüksək qiymətləndirirlər. Görülən tədbirlərin nəticəsidir ki, Dünya Bankının “Doing Business” hesabatında ölkəmizin reytinqi daim yüksəlir. Artıq Azərbaycan bu reytinqdə 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Eyni zamanda, ölkəmiz dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil edilib.

Sahibə Qafarova vurğulayıb ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.

Ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icrası üçün görülmüş işlərə dair ətraflı məlumat təqdim edilib.

Eyni zamanda, hesabata ilk dəfə olaraq 6-cı çağırış Milli Məclis deputatlarının sosial və infrastruktur obyektlərinin əsaslı təmirinə və tikintisinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflərinin icrası barədə məlumat da daxil edilib.

Milli Məclisin sədri çıxışının sonunda bugünkü müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.

Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.

Baş nazir Əli Əsədovun
çıxışı

Hörmətli sədr.

Hörmətli deputatlar.

Bu gün bu yüksək kürsüdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti haqqında hesabatı ilə əlaqədar Milli Məclis qarşısında çıxış etməkdən məmnunluq duyuram.

2020-ci il Azərbaycan Respublikasının şanlı dövlətçilik və müstəqillik tarixində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın Müzəffər Ordumuz tərəfindən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə əlamətdar olmuşdur.

44 gün davam edən Vətən müharibəsində qazandığımız bu möhtəşəm Zəfər əsgər və zabitlərimizin sarsılmaz iradəsini, xalqımızın yenilməz ruhunu və qələbə əzmini, xalq-iqtidar birliyini bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasət, dərin islahatlar nəticəsində uzun illər ərzində yaradılmış iqtisadi və hərbi potensial şanlı Ordumuzun düşmən üzərində parlaq və qəti qələbəsini şərtləndirdi. Bir daha böyük Qələbə münasibətilə Ali Baş Komandanı, Silahlı Qüvvələrimizi, bütün xalqımızı, sizləri - hörmətli deputatları ürəkdən təbrik edirəm.

2020-ci il COVID-19 pandemiyasının yaratdığı fəsadlara baxmayaraq, bir sıra mühüm siyasi, iqtisadi və sosial hadisələrlə yadda qalmışdır.

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə demokratik şəraitdə keçirilmiş seçkilər ötən ilin mühüm siyasi hadisələrindən biri olmuşdur. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşmışdır. Hesabat ili ərzində hökumətlə Milli Məclis arasında işgüzar əməkdaşlıq münasibətləri daha da dərinləşmişdir. Nazirlər Kabineti istər büdcə müzakirələrində, istərsə də hökumətin illik fəaliyyətinin təqdimatı zamanı parlament üzvlərinin sorğu və təkliflərinə diqqətlə yanaşmışdır.

Hesabat ilində strateji layihələrin icrası, sosial-iqtisadi və digər islahatların həyata keçirilməsi sahəsində aparılan məqsədyönlü işlər davam etdirilmişdir. Ötən ilin son günlərində Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropaya ixracına başlandı. Bir çox ölkələri birləşdirən Cənub Qaz Dəhlizi, cənab Prezidentin qeyd etdiyi kimi, Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur.

2020-ci ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer almışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir.

Dünya Bankı tərəfindən Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra pozisiyalar üzrə ən qabaqcıl yerlərdədir. Bundan əlavə Heritic Fondunun 2020-ci ilin nəticələrinə əsasən, elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə Azərbaycan 38-ci pilləyə yüksəlmişdir.

Ötən il həm də bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə və onun neqativ təsirlərinin aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirilmişdir. Bu xəstəliyə qarşı mübarizənin səmərəli və koordinasiyalı şəkildə aparılması üçün Prezidentin Sərəncamı ilə Operativ Qərargah yaradılmışdır.

Dövlətimizin başçısının tapşırığına əsasən, dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə yönəldilmiş, vətəndaşlarımızın sağlamlığının qorunmasına səfərbər edilmişdir. Ölkədə maska və dərman qıtlığı aradan qaldırılmış, laboratoriyaların sayı artırılmış, testlərin təchizatı təşkil olunmuş, qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların bir çoxu koronavirusla mübarizəyə cəlb edilmişdir. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə il ərzində xarici ölkələrdən tibbi personal dəvət edilmişdir. Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı ötən il səhiyyə xərclərinə 644 milyon manat vəsait ayrılmışdır.

Cənab Prezidentin Fərmanı ilə yaradılmış xüsusi dəstək fonduna 114 milyon manatdan artıq vəsait yığılmışdır. Fondun vəsaitindən istifadə olunaraq koronavirusa qarşı peyvəndlər artıq alınmış, ölkəmizə gətirilmiş və yanvar ayının 18-dən vaksinasiya prosesinə başlanılmışdır. Bu günədək 459 min nəfərə yaxın əhali vaksinasiya olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış birinci ölkə olmuşdur. Ümid edirik ki, vaksinasiya prosesinə start verilməsi xəstəliyin miqyasının azalmasında həlledici rol oynayacaq.

Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə cənab Prezidentin tapşırığına uyğun olaraq Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Planın icrası istiqamətində hökumət tərəfindən qısa müddət ərzində büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatı yaradılmışdır.

2020-ci ildə pandemiyanın təsirlərinin azaldılması üçün sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün 461 milyon manat, sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat sektorunun dəstəklənməsi üçün 277 milyon manat, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması üçün 90 milyon manat yönəldilmiş, 115 milyon manat həcmində vergi güzəştləri təqdim edilmişdir. COVID-19 pandemiyası dövründə dövlətin “Məşğulluq və sosial rifah”a dəstək tədbirləri ölkə əhalisinin 4 milyon 800 min nəfərini əhatə etmişdir. 600 min işsiz, o cümlədən xüsusi karantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin verilməsi təmin edilmiş və bu məqsəd üçün ümumilikdə 450 milyon manat vəsait xərclənmişdir. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənməsi məqsədilə dövlət büdcəsindən 27 milyon manata yaxın vəsait xərclənmişdir. Həmçinin özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilmiş və 2020-ci il ərzində 12 200 işsiz və işaxtaran aztəminatlı şəxsi əhatə etmişdir. Ümumilikdə məşğulluq və sosial rifaha dəstək bölməsi üzrə 610 milyon manat vəsait xərclənmişdir.

Bütövlükdə isə, pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsi və digər mənbələr hesabına iqtisadiyyata toplam olaraq təxminən 2,5 milyard manat həcmində dəstək göstərilmişdir.

Beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikası pandemiya ilə beynəlxalq mübarizəyə dəstək olaraq 30-dan artıq ölkəyə yardım göstərmişdir.

Hörmətli deputatlar, pandemiya ilə əlaqədar olaraq dünyada ticarət dövriyyəsinin azalması, neft qiymətlərində kəskin volatillik, məcmu tələbin daralması və artan qeyri-müəyyənliklər qlobal iqtisadi aktivliyə mənfi təsir göstərmişdir. Təbii olaraq bütün dünyada 2020-ci il iqtisadi tənəzzül ili olmuş, Azərbaycanın da iqtisadiyyatına təsirsiz ötüşməmişdir.

2020-ci ildə ölkədə 72,4 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. Ötən il sənaye istehsalı 5 faiz azalmışdır. Bu azalma "OPEC+" ölkələri tərəfindən neft hasilatı üzrə qəbul edilən məhdudiyyətlər səbəbindən baş vermişdir. Lakin sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,5 faiz artmışdır. Neft-qaz hasilatında 8 faiz azalma olsa da, qaz hasilatı 4,3 faiz və qaz ixracı isə 16 faiz artmışdır.

2020-ci ildə elektrik enerjisinin istehsalı 25,8 milyard kVt/st (istehlakı isə 22 milyard kVt/st) olmuşdur. Respublikanın enerji sistemində reabilitasiya proqramının həyata keçirilməsinə başlanılmışdır. Xarici tərəfdaşlar cəlb edilməklə bərpaolunan enerji növləri üzrə elektrik stansiyalarının tikintisinə dair müqavilələr həyata keçirilir.

2020-ci ildə pandemiyaya və xarici mühitin pisləşməsinə qarşı hökumətin gördüyü tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmişdir. Belə ki, istehlak qiymətləri indeksi mövcud iqtisadi problemlər fonunda yüksək olmamışdır. Həyata keçirilən tədbirlər, o cümlədən monetar siyasət və manatın məzənnəsinin sabitliyi inflyasiyanı minimal 2,8 faiz səviyyədə saxlamağa imkan vermişdir.

Ötən il ödəmə qabiliyyətini itirmiş 4 bankın lisenziyası ləğv edilmişdir. Ümumilikdə 4 bank üzrə bu günədək 24,5 minə yaxın əmanətçiyə 628 milyon manat məbləğində qorunan əmanətləri üzrə kompensasiya ödənilmişdir. Beynəlxalq konyunkturun əlverişsiz olmasına baxmayaraq, ölkənin strateji valyuta ehtiyatları ötən il ərzində 51,2 milyard dollara çataraq ÜDM-nin həcmini üstələmişdir. 2020-ci il üzrə birbaşa xarici dövlət borcu ÜDM-in 19 faizini təşkil edir ki, bu da iqtisadi təhlükəsizlik meyarlarına tam cavab verir. Xarici ticarət dövriyyəsinin azalmasına baxmayaraq, ticarət saldosu müsbət 3 milyard dollar olmuşdur. 2020-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,4 faiz artaraq 707 manat təşkil etmişdir.

Ötən il bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmişdir. Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği təxminən 300 manata, yaşa görə pensiyanın orta məbləği isə 330 manata çatmışdır. Pensiyaların orta aylıq məbləği 13 faizdən çox artmışdır. Ünvanlı dövlət sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilmişdir. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə 216 milyon manat ünvanlı yardım ödənilmişdir. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 240 manat təşkil etmişdir. Şəhid ailələri, həmçinin müharibə əlilləri və onların ailə üzvləri cənab Prezidentin və Birinci vitse-prezidentin daim xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən Prezident təqaüdlərinin aylıq məbləğinin artırılması ilə bağlı müvafiq fərmanlar imzalanmışdır. 44 günlük Vətən müharibəsində şəhid olmuş 2881 nəfərin bu günədək 2695-nin ailələrinə, xəsarət almış və əlil olmuş hərbi qulluqçulara bütövlükdə 44 milyon manatdan çox sığorta ödənişləri verilmişdir. Bu istiqamətdə tapşırıqların icrası hökumətin gündəlik nəzarətindədir. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralıların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılmışdır.

Hörmətli deputatlar, 2020-ci ildə institusional sahədə həyata keçirilən islahatlar davam etmişdir. Cənab Prezidentin qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən antikorrupsiya tədbirləri ardıcıl şəkildə aparılır və bütün dövlət qurumlarını əhatə etməkdədir. Hökumətə təqdim edilən təkliflərin hər birində antikorrupsiya mexanizmlərinin nəzərdə tutulması, sui-istifadə hallarına yol verilməməsi mərkəzi icra hakimiyyəti orqanları qarşısında müəyyən edilən əsas tələblərdən biridir.

Ölkəmizdə dövlət şirkətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların korporativ idarəetmə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, maliyyə sağlamlığının və dayanıqlılığının təmin edilməsi məqsədilə Prezident tərəfindən “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılmışdır. Holdinqin Nizamnaməsi təsdiq edilmiş, Müşahidə Şurası və İdarə Heyəti formalaşdırılmışdır. 22 iri dövlət müəssisəsinin mərhələli şəkildə Holdinqin idarəetməsinə verilməsi planlaşdırılır və bu günədək artıq 8 dövlət şirkəti Holdinqin idarəetməsinə verilmişdir.

Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən müvafiq strategiyanın formalaşdırılması məqsədilə cənab Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılmış və onun tərkibi təsdiq edilmişdir.

İcbari tibbi sığorta sisteminin qurulması institusional islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə Naxçıvan Muxtar Respublikasında və 23 inzibati ərazi vahidində tətbiqinə başlanılmışdır. Bu proses ölkənin digər 36 şəhər və rayonunu əhatə etməklə 2021-ci ildə də mərhələli olaraq davam etdiriləcək.

Aqrar sektor hesabat ilində də prioritet sahə olaraq diqqət mərkəzində saxlanılmışdır. Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 402,7 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2019-cu illə müqayisədə 63,3 milyon manat və ya 18,7 faiz çoxdur. 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyaların verilməsi üçün tətbiq edilən yeni mexanizmə uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına 6 adda yeni subsidiyanın verilməsinə başlanılmışdır.

Aqrar sığorta mexanizminin formalaşdırılması məqsədilə “Aqrar sığorta haqqında” Qanun və Qaydalar qəbul olunmuş və “Aqrar Sığorta Fondu” təsis edilmişdir.

Dövlət başçısının tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması həm ölkəmizin ərzaq təhlükəsizliyinə, həm də bölgənin sosial-iqtisadi inkişafına təkan verəcəkdir. 2020-ci ildə kənd təsərrüfatının suvarma suyuna tələbatının ödənilməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, dövlət başçısının Sərəncamı ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Komissiya yaradılmış, 2020-2022-ci illəri əhatə edən Tədbirlər Planının icrasına başlanılmışdır. Operativ tədbirlərlə yanaşı, Nazirlər Kabinetinin Sərəncamı ilə ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı təsdiq edilmişdir. Cari ildə əsas vəzifələrdən biri kimi işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla ölkədə su ehtiyatlarından səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetiriləcəkdir. Azad edilmiş torpaqlarda ən müasir suvarma sistemləri yaradılacaqdır. Azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları da nəzərdən keçiriləcəkdir.

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqində cənab Prezident hökumətin qarşısında iqtisadi sahədə duran vəzifələri və prioritetləri dəqiq qeyd etmişdir. 2021-ci il və qarşıdakı dövr ərzində büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunması, izafi xərclərin qarşısının alınması üçün maliyyə intizamı və nəzarət daha da gücləndiriləcəkdir. Dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaqdır. Özəl sektoru investisiya layihələrinin maliyyələşməsinə cəlbi və dövlət-özəl tərəfdaşlığının təşviqi davam etdiriləcək, dövlət investisiya layihələrinin səmərəliliyi yüksəldiləcəkdir.

Nazirlər Kabineti özünün fəaliyyət proqramı kimi qəbul etdiyi cənab Prezidentin bütün vəzifə və tapşırıqlarının vaxtında və keyfiyyətlə icrasını təmin edəcəkdir.

Hörmətli deputatlar, Azərbaycan 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya və dərin islahatlar Azərbaycanın iqtisadi qüdrətinin daha da artacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinin formalaşacağına zəmin yaradır. Hazırda postpandemiya dövrünə ciddi hazırlıq işləri görülməkdədir. Cənab Prezident tərəfindən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə Sərəncam imzalanmış, hökumətə "2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Artıq hökumət tərəfindən bu istiqamətdə Komissiya və alt işçi qrupları yaradılaraq müvafiq işlərə başlanılmışdır.

Təbii olaraq ötən illər ərzində milli iqtisadiyyatın inkişafı və dövlətin maliyyə imkanlarının genişlənməsi fonunda hərbi potensialımız və ölkəmizin müdafiə qabiliyyəti də güclənmişdir. Vaxtilə alınmış müasir silah, sursat və hərbi texnika Vətən müharibəsində uğurla sınaqdan çıxmış və özünü doğrultmuşdur. Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin döyüş hazırlığı və maddi-texniki təchizatı hər zaman olduğu kimi, bundan sonra da ən vacib prioritet olaraq qalacaq. Təsadüfi deyildir ki, Azərbaycan Ordusunun müharibə dövründə nümayiş etdirdiyi döyüş taktikası və tətbiq edilən müasir hərbi texnologiyalar hərbi mərkəzlər və ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Hörmətli deputatlar, təəssüf ki, qədim tarixə, unikal maddi və mədəni irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ otuz ilə yaxın müddət ərzində düşmən tərəfindən amansız, vəhşicəsinə istismar edilmişdir. Lakin biz işğaldan azad edilmiş yerlərə həyatı qaytaracağıq, bütün viran qalmış yerləri bərpa edəcəyik. Dövlət başçısının müvafiq göstərişlərinə əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı ilkin işlərə artıq başlanılmışdır. Bütün ərazilərin və şəhərlərin bərpası prosesinin vahid konsepsiya əsasında həyata keçirilməsi nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı vəzifələrin icrası üçün 2021-ci ilin dövlət büdcəsində ilkin olaraq 2,2 milyard manat maliyyə təminatı yaradılmışdır. Təbii ki, bu istiqamətdə atılacaq ən birinci və önəmli addım azad olunmuş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsidir. ANAMA-nın yenidən təşkili bu istiqamətdə işlərin keyfiyyətcə yeni səviyyədə aparılması baxımından böyük əhəmiyyət kəsb edir.

Bildiyiniz kimi, mənfur düşmən müharibə zamanı münaqişə zonasından uzaqda yerləşən kənd və şəhərlərimizə də zərbələr endirmişdir. Ötən il noyabrın 6-da cənab Prezident 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.

Sərəncama uyğun olaraq və onun icrasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyası tərəfindən zərər çəkmiş evlərin tikintisinin və bərpasının qısa müddət ərzində başa çatdırılması üçün tədbirlər görülməkdədir.

Bütün iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa edilməsi regionda davamlı sülhün və inkişafın təmin edilməsi üçün olduqca vacibdir. Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli bəyanatında təsbit edilmişdir. Azərbaycanı öz ayrılmaz hissəsi olan və uzun illər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir. Bu məsələlərin koordinasiyalı və operativ həlli məqsədilə üç ölkənin Baş nazir müavinlərinin rəhbərliyi ilə yaradılmış işçi qruplar artıq əməli fəaliyyətə başlamışlar.

Eyni zamanda, bildiyiniz kimi, Prezident İlham Əliyev Cənubi Qafqazda yeni formatda əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Əminik ki, bu platforma regional əməkdaşlığın inkişaf etdirilməsinə təkan verəcəkdir və bütün bölgə ölkələri üçün faydalı olacaqdır.

Hörmətli sədr, hörmətli deputatlar, bu gün bu yüksək kürsüdən çıxış edərək sizi və sizin simanızda, hörmətli millət vəkilləri, bütün Azərbaycan xalqını öz adımdan və hökumət adından bir daha əmin etmək istərdim ki, cənab Prezidentin həyata keçirdiyi düşünülmüş, qətiyyətli və uzaqgörən siyasi kursa uyğun olaraq qarşımızda duran şərəfli və məsuliyyətli vəzifələri vaxtında və uğurla yerinə yetirmək üçün hökumətin hər bir üzvü öz səy və gücünü bundan sonra da əsirgəməyəcək və yüksək əzmlə çalışacaqdır. Hər birinizə 2021-ci ildə qanunvericilik sahəsindəki ardıcıl və səmərəli fəaliyyətinizdə uğurlar arzu edirəm. Diqqətinizə görə sağ olun.

X X X

Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat barədə fikirlərini bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, 2020-ci il üçün iqtisadiyyatımızın əvvəlcədən planlaşdırılmış inkişaf proqnozları yüksək olub. 1-ci rübün iqtisadi göstəriciləri bu proqnozların reallığa yaxın olduğunu göstərib. 2-cü rübün başlanğıcından etibarən isə COVID-19 pandemiyasının dünyada, o cümlədən Azərbaycanda geniş yayılması şəraitində dövlət başçısı İlham Əliyevin göstərişi ilə vətəndaşların sağlamlığı əsas meyar kimi seçilib.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə həyata keçirilən tədbirlər epidemiyanın yayılma səviyyəsini kəskin azaltmaq və itkiləri minimuma endirməklə yanaşı, iqtisadiyyatımızın da gözlənilən itkilərinin azaldılması ilə nəticələnib.

İl ərzində dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın əhatəliyini və kəskinliyini daha da artırıb. Böhran dünya əmtəə qiymətlərinin enerji sektorunda 18.3 faiz ucuzlaşması, qeyri-enerji sektorunda 16.1 faiz bahalaşması, dünya ərzaq qiymətlərinin 6.5 faiz yüksəlməsi, neftin qiymətinin isə 33 faiz düşməsi ilə müşayiət olunub.

Beləliklə, 2020-ci ildə Azərbaycan 3 cəbhədə - pandemiya ilə, qlobal böhran və işğalçı Ermənistan ilə mübarizə aparıb və bunun üçün kifayət qədər resurslarını səfərbər edib.

Koronavirus pandemiyası ilə mübarizə sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi üçün qısa bir müddətdə büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatının yaradılması öz təsirini göstərib. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, strateji layihələrin icrası, iqtisadi, sosial və institusional islahatların həyata keçirilməsi, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində görülən işlər müsbət qiymətləndirilməlidir.

Pandemiyaya qarşı iqtisadi tədbirlər paketi çərçivəsində fərdi sahibkarlara, muzdlu işçilərin əmək haqlarına göstərilən maliyyə dəstəyi, pandemiyanın təsir etdiyi sahələrdə çalışan sahibkarlara əldə etdikləri mənfəətin 75 faizi miqdarında güzəştlərin tətbiq edilməsi və digər çoxsaylı güzəştlər iqtisadi mühitə müsbət təsir göstərib. 2020-ci ildə bankları, qeyri-bank kredit təşkilatlarını, kapital və pul bazarlarını, sığorta sistemini əhatə edən maliyyə sabitliyinin qorunması siyasətini uğurlu hesab edirik.

Komitə sədri diqqətə çatdırıb ki, hesabat ilində görülən tədbirlər iqtisadiyyatda şəffaflığı daha da artırıb, iqtisadi subyektlər və dövlət orqanları arasında etimad mühitini daha da gücləndirib.

Sonra hesabatla bağlı münasibətlərini bildirən Milli Məclisin komitə sədrləri Sadiq Qurbanov, Tahir Rzayev, Əhliman Əmiraslanov sənədi yüksək qiymətləndiriblər.

Müzakirələr zamanı çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Fəzail İbrahimli, deputatlardan Sevinc Fətəliyeva, İlham Məmmədov, Azay Quliyev, Vahid Əhmədov hesabat barədə fikirlərini açıqlayıblar.

Fasilədən sonra Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələr davam etdirilib.

Çıxış edən deputatlar Şahin İsmayılov, Məzahir Əfəndiyev, Rəşad Mahmudov, Fazil Mustafa, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Qənirə Paşayeva, Azər Badamov, Elnur Allahverdiyev, Nigar Arpadarai, Eldəniz Səlimov, Tahir Kərimli, Musa Qasımlı, Razi Nurullayev, Əli Məsimli, Sədaqət Vəliyeva, Aqil Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, İsa Həbibbəyli, Rauf Əliyev, Hicran Hüseynova seçiciləri narahat edən məsələlər, işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın təmin edilməsi, pandemiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər, 2020-ci ildə Nazirlər Kabinetinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Baş nazir Əli Əsədov deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyularaq nəzərə alınıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” qərar layihəsidir.

Sədr diqqətə çatdırıb ki, Milli Məclisin Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə və “Hesablama Palatası haqqında” qanunun 11.3-cü maddəsinə uyğun olaraq bu vəzifələrə təyinatlar Milli Məclisin sədrinin təqdimatına əsasən Milli Məclis tərəfindən həyata keçirilir. Milli Məclisin sədri Sahibə Qafarova Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədliklərini irəli sürüb. Bildirib ki, irəli sürülən namizədliklərə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da baxılıb və müsbət rəy verilib. Sədr bu namizədlərin təyin ediləcəkləri vəzifələri uğurla icra edəcəklərinə əminliyini ifadə edib.

Sonra qərar layihəsi səsə qoyularaq təsdiqlənib.

İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarova qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini səsləndirib. Bildirib ki, Novruz dostluq, ünsiyyət, təmizlik və yenilik bayramıdır və əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi təcəssüm etdirir. Milli Məclisin sədri bu münasibətlə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya parlamentin adından təbrik məktubları ünvanlanmasını təklif edib. Deputatlar təklifi alqışlarla qarşılayıblar.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO