Milli Məclisin deputatı AŞPA-nın Gürcüstanda keçiriləcək komitə iclasında iştirak edəcək
Bakı, 22 sentyabr, AZƏRTAC
Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tbilisidə keçiriləcək iclasda qeyd edilən sahələrə aid bir sıra aktual məsələlər müzakirə olunacaq.
Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini söyləyəcək, təkliflərini verəcək.
Səfər sentyabrın 26-da başa çatacaq.