MİLLİ MƏCLİSİN DEPUTATI TÜRKİYƏNİN BEYNƏLXALQ TƏŞKİLATLARDA ROLUNA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də İstanbulda “ARI Movement” təşkilatının 10-cu illik beynəlxalq təhlükəsizlik konfransı öz işinə başlamışdır.
Tədbirdə Milli Məclisin deputatı Asim Mollazadə iştirak edir.
Milli Məclisdən bildirmişlər ki, “Gələcəyə baxış: Qarşıdakı onillikdə Türkiyənin beynəlxalq münasibətlərinin qurulması” mövzusuna həsr olunmuş konfransda Türkiyənin beynəlxalq təşkilatlarda, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasında, NATO-da və regionda rolu, qonşu dövlətlərlə əməkdaşlığın balanslaşdırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin deputatı “Enerji geopolitikası: təhlükəsizlik və yaşamaq uğrunda mübarizə” mövzusunda çıxış edəcək, fikirlərini bölüşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]