Milli Məclisin deputatları Gənc Parlamentarilərin IX Qlobal Konfransında iştirak edəcəklər
Bakı, 12 sentyabr, AZƏRTAC
Milli Məclisin deputatları Könül Nurullayeva və Naqif Həmzəyev sentyabrın 13-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin IX Qlobal Konfransında iştirak etmək üçün Vyetnam Sosialist Respublikasının Hanoy şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Vyetnam Milli Assambleyası və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən konfrans “Rəqəmsal transformasiya və innovasiya vasitəsilə Davamlı İnkişaf Məqsədlərinə nail olunmasının sürətləndirilməsində gənclərin rolu” mövzusuna həsr edilib.
Səfər sentyabrın 18-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]