Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə 7 məsələ daxildir və sənədlərin hamısı üçüncü oxunuşda olan qanun layihələridir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyə bir zərfdə daxil olmuş dörd məsələ - Vergi Məcəlləsinə, “Notariat haqqında”, “Sosial sığorta haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (üçüncü oxunuş) məlumat verib. Qeyd edilib ki, bu sənədlərə təklif olunan dəyişikliklər elektron notariat və elektron məhkəmə sistemlərinin digər informasiya sistemləri ilə məlumat mübadiləsinin aparılması üçün qanuni əsas yaratmaq məqsədi daşıyır. Bu, eyni zamanda, vətəndaşın dövlət orqanına müraciətini minimuma endirmək və dövlət orqanlarının vətəndaşdan tələb etdiyi informasiyanı almaq imkanı yaradacaq. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Prezident İlham Əliyev tərəfindən bir məktubda daxil olmuş növbəti üç məsələ barədə məlumat verərək bildirib ki, üçüncü oxunuşda təqdim edilən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədini daşıyır. Bununla yanaşı, “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılmasını nəzərdə tutur. Qanunlara, həmçinin uyğunlaşdırma xarakterli dəyişikliklər də təklif olunur.

Hər üç sənəd ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək bildirib ki, həm iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatıb. Növbədənkənar sessiya dövründə Milli Məclisin 8 iclası keçirilib, 35 qanun və qərar qəbul edilib.

Sahibə Qafarova əminliklə qeyd edib ki, bu qanunvericilik aktları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcək.

Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlərin görüldüyünü söyləyən Sədr deyib ki, pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, xaricdəki həmkarlar ilə videokonfrans formatında bir sıra görüşlər keçirilib və danışıqlar aparılıb.

Sahibə Qafarova həm yaz, həm də növbədənkənar sessiyalarda görülmüş işlərin gələn sessiyanın da uğurlarına möhkəm zəmin yaradacağına inamını bildirib və səmərəli fəaliyyət üçün deputatlara təşəkkürünü ifadə edib.

Milli Məclisin Sədri deyib: “Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə hər il iyunun 30-da Beynəlxalq Parlamentarizm Günü qeyd edilir. Bu gün biz qürurla söyləyə bilərik ki, Azərbaycan xalqının zəngin parlamentarizm ənənələri vardır və dünya miqyasında parlamentarizmin inkişafına xalqımız da dəyərli töhfələr verib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, eləcə də bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərib. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurub. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq bu parlament qadınlara seçki hüququ verib.

1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra digər dövlət orqanları kimi onun parlamenti də ləğv edilib. Sovet hakimiyyəti dövründə qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olub. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub saxlaya bilib. Sovet İttifaqının tərkibində Azərbaycan müstəqil dövlət olmasa da, həmin dövr gələcək dövlət müstəqilliyi üçün əsasların formalaşması baxımından mühüm rol oynayıb. Xüsusən dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda heyrətamiz quruculuq və yaradıcılıq dövrü yaşanıb. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə Azərbaycanın böyük sosial-iqtisadi və intellektual potensialı var idi”.

Müstəqilliyinin ilk illərində xalqımızın ağır böhran və sarsıntılarla üzləşərək çıxılmaz vəziyyətə düşdüyünü xatırladan Milli Məclis Sədri deyib: “Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş müstəqil dövlətimizin aqibətini yaşamaq təhlükəsi qarşısında idi. Lakin 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanıb dağılmaqdan, müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlamışdır. Heydər Əliyev 1993-cü ilin oktyabrında prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etmişdir. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlamışdır. Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırmış və onun peşəkar nümayəndəli orqan kimi formalaşdırılması istiqamətlərini müəyyənləşdirməyə imkan vermişdir”.

Parlamentin Sədri bildirib ki, müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən Konstitusiyası əsasında səmərəli idarəçilik mexanizmi qurulub, hüquqi dövlətin əsas atributlarından olan real hakimiyyət bölgüsü həyata keçirilib, peşəkar parlament - Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılıb. Ötən dövrdə Azərbaycan parlamenti ölkədə həyata keçirilən demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, genişmiqyaslı siyasi, iqtisadi, sosial və hüquqi islahatların qanunvericilik bazasını təmin etməyə nail olub, Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün əsaslı zəmin yaradıb. Milli Məclis bir çox ölkələrin parlamentləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurub, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının parlament məclislərinin fəal üzvü olub.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, bu gün dünyanın tanınmış siyasi liderləri və dövlət başçıları sırasında layiqli yer tutan Prezident İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib. Dövlətimizin başçısı İlham Əliyev 8 il Azərbaycan parlamentinin deputatı olub. O, Avropa Şurasının Parlament Assambleyasında nümayəndə heyətimizə uğurla rəhbərlik edib, parlament Assambleyası Sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. Məhz həmin dövrdə bu təşkilat Azərbaycanın haqq işini dəstəkləyən bir neçə sənəd qəbul edib.

“Prezident İlham Əliyev Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət, qayğı və hörmət göstərir. Dövlətimizin başçısı Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir standartlara uyğun olan çoxsaylı qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir. Azərbaycan parlamentində qanunyaratma və qanunvericilik fəaliyyətinin daha da təkmilləşməsi üçün görülən tədbirlər Prezident tərəfindən qətiyyətlə dəstəklənir. Ölkəmizdə parlamentarizm ənənələrinin inkişafından danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Mehriban xanım 12 ilə yaxın müddət ərzində bizim həmkarımız olub, deputat kimi xalqımıza və dövlətimizə xidmət edib. O, ölkəmizdə parlament mədəniyyətinin inkişafında mühüm rol oynayıb, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Mehriban xanım bir sıra qanunların təşəbbüsçüsü, o cümlədən 4 amnistiya aktının müəllifidir. O, Milli Məclisin beynəlxalq əlaqələrinin möhkəmlənməsi üçün çox işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib.

Bu gün Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla yerinə yetirir. 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti qurucularının yaratdıqları dövlətçilik və parlamentarizm ənənələri indiki Azərbaycan Respublikası dövlətinin və parlamentinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir. Azərbaycanda parlamentarizm ənənələrinin inkişafı sahəsində keçilmiş yola və görülmüş işlərə məhz bu gün nəzər salmağın real əsası və rəmzi mənası vardır. Mən Beynəlxalq Parlamentarizm Günü münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm, hər birinizə möhkəm cansağlığı, parlament fəaliyyətində uğurlar arzulayıram”, - deyə Sədr vurğulayıb.

Sonra Beynəlxalq Parlamentarizm Günü münasibətilə Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsi ilə Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin birgə hazırladığı videoçarx nümayiş etdirilib.

İclasın sonunda Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.

Azərbaycanın dövlət himni səsləndirilib və parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib