Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında bir sıra qanun layihələri qəbul olunub

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin və xalqımızın Qarabağ uğrunda qurtuluş savaşının həlledici mərhələyə daxil olduğunu bildirib. Qeyd edib ki, erməni vandalizminin dəhşətlərini yaşamış torpaqlarımızın böyük bir hissəsi uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad olunub. Bu gün Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində, 3 qəsəbədə, 200-dən çox kənddə yenidən Azərbaycan bayrağı dalğalanır.

Milli Məclisin sədri deyib ki, Azərbaycan Ordusu özünün möhtəşəm qələbələri ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazır. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapır. Hərbi əməliyyatların aparıldığı 1 ay 10 günlük müddət göstərir ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılıb, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir, onların çox sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilir.

Sahibə Qafarova xalqımızın haqq işinə göstərilən beynəlxalq dəstəyin artdığını, qədim Qarabağ torpağında Xeyirlə Şərin qarşı-qarşıya gəldiyini getdikcə daha çox insanın dərindən anladığını vurğulayıb. Qeyd edib ki, tarixin yanlış tərəfində yer tutan erməni şovinizmi öz havadarları ilə birlikdə bir əsrdən artıq dövrdə xalqımıza qarşı apardığı informasiya müharibəsində sarsıdıcı zərbələr alır. Azərbaycan Prezidenti İlham Əliyevin demək olar hər gün xarici ölkələrin mötəbər kütləvi informasiya vasitələrinə müsahibələr verməsi, bölgədə cərəyan edən hadisələr, dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə məlumatları dünya ictimaiyyətinə çatdırması, erməni faşizminin insanlığa zidd mahiyyətini ifşa etməsi bu baxımdan müstəsna və həlledici rol oynayır.

Spiker Azərbaycanın haqq işi uğrunda mübarizə aparan, bütün vasitələrdən istifadə edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyini söyləyən Prezident İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyətinin hər kəsə, o cümlədən deputatlara nümunə olduğunu xüsusilə vurğulayıb. O əmin olduğunu bildirib ki, Azərbaycan Ordusunun zəfər yürüşünün uğurla başa çatacağı gün uzaqda deyil. Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi və tacı olan Şuşada, Laçında, Xankəndidə, digər şəhər və kəndlərimizdə yüksələcəkdir. Milli Məclisin sədri fikirlərini “Yaşasın Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları ilə yekunlaşdırıb.

Sonra Sahibə Qafarova bildirib ki, bugünkü iclasın gündəliyinə 7 məsələ daxil edilib. Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələlər barədə fikirlərini açıqlayıblar.

Komitə sədrləri Zahid Oruc, Bəxtiyar Əliyev, deputatlar Azər Badamov, Əli Məsimli, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Fazil Mustafa çıxışlarında Azərbaycan cəmiyyətinin səfərbər olmasının, torpaqlarımızın işğaldan azad edilməsinin ölkəmizə qürur hissi yaşatdığını bildirib, artıq informasiya müharibəsində də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öndə olduğumuzu iftixarla qeyd ediblər.

Sonra gündəliyə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb.

Əvvəlcə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı sənədi üçüncü oxunuşda təqdim edib. Komitə sədri qanunun müvafiq maddələrinə “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eyni zamanda, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsinin təklif olunduğunu deyib. Qeyd olunub ki, bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq. Komitə sədri vurğulayıb ki, sənədin Milli Məclisdə ikinci oxunuşu zamanı deputatlar Rauf Əliyev, İltizam Yusifov, Etibar Əliyev, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı tərəfindən qanun layihəsi ilə bağlı fikirlər səsləndirilib. Deputatların ifadə etdiyi məqamlar sənəddə nəzərə alınıb. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.

Sonra Bəxtiyar Əliyev “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edərək bildirib ki, sənəd “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Komitə sədri sənədin Milli Məclisdə ikinci oxunuşundan ötən zaman ərzində komitəyə heç bir təklif və ya iradın daxil olmadığını bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Meşə, Torpaq və Mülki məcəllələrdə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda parlamentin müzakirəsinə təqdim edib. Bildirilib ki, layihə “Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli Qanununun icrası məqsədilə hazırlanıb. Belə ki, Mülki Məcəlləyə əsasən, girov və ipoteka eyni hüquqi yükə malik olmaqla, hər ikisi əşya hüquqlarının məhdudlaşdırılmasının formalarıdır. Komitə sədri bildirib ki, qanun layihəsinin oktyabrın 27-də Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı bəzi ifadələrin dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb. Deputatın səsləndirdiyi təklif mövcud variantdakı terminlərlə eynilik təşkil etdiyinə görə nəzərə alınmayıb.

Deputat Rauf Əliyev qanun layihəsi ilə bağlı təkliflərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və Ailə məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, ikinci oxunuşda təqdim olunan layihə “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Sənədə əsasən, Əmək Məcəlləsinə işçinin hüquqları və işəgötürənin vəzifələri sırasına işçilərin icbari tibbi sığortası ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar əks olunmalıdır. Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə isə bildirilir ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin maliyyələşdirilməsi “Tibbi sığorta haqqında” Qanunun tələblərinə uyğunlaşdırılır.

Qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.

İclasda “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd də ikinci oxunuşda müzakirə edilib. Bununla bağlı məlumat verən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsinin “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Tibbi sığortanın tətbiqi isə tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsinin qaydasını da dəyişmiş olur. Ziyafət Əsgərov sənədin Milli Məclisdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun təqdimatı ilə birinci oxunuşu zamanı və sonrakı müddətdə qanun layihəsi ilə bağlı heç bir təklif və iradın qeydə alınmadığını vurğulayıb.

Müzakirələr zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Vüqar Bayramov və Aqil Abbas sənədlə bağlı fikirlərini açıqlayıblar. Komitə sədrləri Əhliman Əmiraslanov və Ziyafət Əsgərov qanun layihəsində deputatları maraqlandıran məqamlara aydınlıq gətiriblər.

Qanun layihəsi səsvermə yolu ilə ikinci oxunuşda təsdiqlənib.

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı sənədi Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ikinci oxunuşda Milli Məclisin müzakirəsinə təqdim edib. Diqqətə çatdırılıb ki, “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə maliyyə xidmətləri bazarında, o cümlədən sığorta bazarında tənzimləmə və nəzarət səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib. Buna uyğun olaraq, “Tibbi sığorta haqqında” Qanunun 7.2-ci maddəsinə müvafiq dəyişiklik edilib. Dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq aparılıb. Komitə sədri bildirib ki, deputatlar tərəfindən sənədlə bağlı heç bir təklif və sual qeydə alınmayıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Daha sonra iclasda “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Sənədlə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, qanun layihəsinin əsas məqsədi dövlət qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması, inkişafı və səmərəli istifadəsidir. Layihədə əsas istiqamət dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi qaydalarını təkmilləşdirməkdir. Qiymətləndirmə müvafiq icra hakimiyyəti - Nazirlər Kabineti tərəfindən aparılacaq. Deputat bildirib ki, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək. Yekun qiymətin 50 faizi tapşırıqların icra vəziyyətinə, 40 faizi meyarlar əsasında, 10 faizi isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanacaq.

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri qiymətləndirmə barədə sənədlə rəsmiləşdiriləcək. Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçiriləcək. Müsahibə zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunacaq. Kamal Cəfərov bildirib ki, dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə görə, onun barəsində mükafatlandırılma, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və xüsusi təlimlərə cəlb edilməsi, bilik və bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi, aşağı inzibati vəzifəyə keçirilməsi kimi tədbirlərdən biri görülə bilər. Vurğulanıb ki, dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququna malik ola biləcək.

Komitə sədrləri Siyavuş Novruzov, Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, millət vəkilləri Fazil Mustafa, Elşad Mirbəşiroğlu, Etibar Əliyev, Erkin Qədirli Sənədlə bağlı fikirlərini bildiriblər.

Qanun layihəsi səsvermə yolu ilə birinci oxunuşda qəbul edilib.

İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarova qarşıdan 9 noyabr - Dövlət Bayrağı Günü, 12 noyabr - Konstitusiya Günü, 17 noyabr - Milli Dirçəliş Günü kimi gözəl bayramların gəldiyini deyib. Spiker bayramlar münasibətilə deputatları təbrik edib, xalqımıza xoş arzularını çatdırıb.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb