MİLLİ MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ ANSAMBLLARININ FESTİVALI KEÇİRİLMİŞDİR
Festivalı Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev açaraq demişdir ki, mən çox şadam ki, Özbəkistanda yaşayan milli azlıqların nümayəndələri öz xalqlarının adət-ənənələrini, mədəniyyət və incəsənətini qoruyub saxlayır və inkişaf etdirirlər.
Musiqi festivalında Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının “Azəri” uşaq rəqs ansamblının üzvləri rəqslərimizi, İlham Abdullayev isə sazda qədim el havalarımızı ifa etmiş və festivalın laureatı adını qazanmışlar. Onlara diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov, səfirliyimizin əməkdaşları, diasporumuzun üzvləri də festivalda iştirak etmişlər.
Festivalın sponsorları arasında Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov da var idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]