MİLLİ MUSİQİMİZİN BANİSİ ÜZEYİR HACIBƏYOVUN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sentyabrın 18-də Milli Musiqi günü münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəyovun Fəxri xiyabandakı abidəsini ziyarət etmiş, unudulmaz sənətkarın xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Burada təşkil olunmuş mərasimdə nazir Əbülfəs Qarayev xatırlatmışdır ki, ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən 1995-ci ildən milli musiqimizin banisinin doğum günü Üzeyir Musiqi Günü kimi qeyd olunur. Dahi bəstəkar milli musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermişdir. Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar bəstəkarlıq məktəbinin, milli operanın, musiqili komediya janrının əsasını qoymuşdur. Artıq bir əsrə yaxındır ki, peşəkar Azərbaycan musiqisi dünya səhnəsini bəzəyir.
Milli Musiqi günündə bir sıra korifey sənətkarların məzarları da ziyarət olunmuşdur.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]

