Milli Turizm Təbliğat Bürosunun rəsmi internet səhifəsi istifadəyə verilib
Bakı, 15 fevral, AZƏRTAC
Milli Turizm Təbliğat Bürosunun rəsmi www.ntpb.az internet səhifəsi istifadəyə verilib.
Bürodan AZƏRTAC-a verilən məlumata görə, saytın xəbərlər bölməsində büronun fəaliyyəti geniş şəkildə işıqlandırılır. İnteraktivliyi ilə seçilən saytda ölkəmizdə baş tutacaq önəmli turizm tədbirlərinin siyahısı qeyd olunur.
Bundan əlavə, internet istifadəçiləri şəkil və video qalereyaya nəzər yetirə bilər. Burada büronun iştirakı ilə baş tutmuş tədbirlərin və fəaliyyətlərin qısa video təqdimatları yerləşdirilir. Ölkə turizminin statistik məlumatları da saytda öz əksini tapıb.
İnternet səhifəsində Milli Turizm Təbliğat Bürosunun nəzarətində olan salambaku.travel və azerbaijan.travel saytlarına və eləcə də aylıq nəşr “Baku Guide” jurnalına keçidlər mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]