Millimiz Albaniya və Monteneqro yığmaları ilə qarşılaşacaq
Bakı, 12 mart, AZƏRTAC
İsveçrənin Nyon şəhərində final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimiz "B" liqasında Albaniya və Monteneqro yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları Albaniyada keçiriləcək.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. "B" liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi "A" liqasına vəsiqə qazanacaq. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. İkinci mərhələdə "A" liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]