Millimizin hücumçusu Türkiyə klublarından təklif alıb
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan millisinin və İsveçrənin “Qrasshopper” komandasının futbolçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, Superliqada çıxış edən “Konyaspor”, “Sivasspor” və “Qaziantep” klubları 24 yaşlı hücumçunun xidmətində maraqlıdırlar.
Hətta Sivas və Qaziantep təmsilçilərinin azərbaycanlı forvard üçün “Qrasshopper”ə təklif göndərdiyi iddia olunub.
Qeyd edək ki, Renat Dadaşov 2022-ci ilin yayından İsveçrə klubunun formasını geyinir. O, daha əvvəl Almaniyanın “Ayntraxt”, “Leyptsiq”, Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela” və İngiltərənin “Vulverhempton” klublarının şərəfini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]