MİNA TƏHLÜKƏSİNƏ DAİR MAARİFLƏNDİRMƏ İŞİ ÖZ BƏHRƏSİNİ VERİR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, iyulun 31-də Ağstafa rayonunun Köçəskər kəndinin sakini Məlik Məmmədov ona məxsus torpaq sahəsinin yanındakı fermada döyüş vəziyyətinə hazır 2 ədəd F-1 əl qumbarası aşkar etmiş, bu barədə dərhal rayon polis şöbəsinə məlumat vermişdir. Hadisə yerinə baxış keçirən polis əməkdaşları rayon icra hakimiyyətinə, buradan isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə məlumat çatdırmışlar.
ANAMA-nın partlamamış hərbi sursatlar üzrə mütəxəssislər qrupu həmin sursatı Saloğlu kəndi ərazisindəki mərkəzə gətirərək zərərsizləşdirmişlər.