MİNALANMIŞ SAHƏLƏR MİLLİ KADRLARIMIZIN KÖMƏYİ İLƏ TƏMİZLƏNƏCƏK
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 2007-ci ilədək öz strateji planını hazırlamışdır. Bunu AZƏRTAC-ın müxbirinə qurumun Qərb və Qarabağ bölgəsi üzrə baş supervayderi, minalardan təmizləmə əməliyyatlarına nəzarətçi Adil Aslanov demişdir. Onun sözlərinə görə, bu planı Azərbaycanın öz milli kadrları həyata keçirəcəklər. Artıq bu sahədə lazımi təcrübə toplamış minatəmizləyənlərimiz Xanlar rayonunun Quşqara kəndi ərazisində minaların zərərsizləşdirilməsi işini başa çatdırmışlar.