MINEPS VII konfransı çərçivəsində idman növlərinin nümayişi keçiriləcək
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 26-dan 29-dək MINEPS VII konfransı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idman növlərinin nümayişi keçiriləcək.
Bu barədə AZƏRTAC-a Gənclər və Idman Nazirliyindən məlumat verib.
Bakı Konqres Mərkəzinin qarşısındakı parkda saat 17:00-dan 20:00-dək davam edəcək tədbirdə gimnastika, kapoeyra, basketbol, atıcılıq, stolüstü tennis, yelkən idmanı, milli idman növləri, futbol, badminton, qılıncoynatma üzrə idman növlərinin nümunəvi çıxışları və musiqili şou təşkil olunacaq.
Eyni zamanda, Bakı Konqres Mərkəzinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində "Sağlam həyat" günləri təşkil olunacaq.
Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) iyunun 26-dan 29-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]