REGİONLAR
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər
![Mingəçevir Dövlət Universitetinin əməkdaşları Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər](/files/2023/2/1200x630/1687880748703356142_1200x630.jpg)
Bakı, 27 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşlarının bir qrupu universitetin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, Aprel döyüşlərinin mingəçevirli şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini iyunun 27-də Qurban bayramı münasibətilə ziyarət ediblər.
MDU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin əməkdaşları, həmçinin hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş çəkiblər.
Ailə üzvləri ilə görüşlərdə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim olunub.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliği, şəhid ailələrinin ziyarət edilməsi diqqət mərkəzində saxlanılır.