Mingəçevirdə 6 uşaqda dəqiqləşdirilməmiş kəskin virus hepatiti aşkarlanıb
Bakı, 17 noyabr, AZƏRTAC
Mingəçevirdə 6 uşaqda dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Uşaqlar Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.
Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:47]
Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək
- 05.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [11:51]