Mingəçevirdə bir ildə 20 min ağac və gül kolu əkilmişdir
Mingəçevir, 5 yanvar (AZƏRTAC). Mingəçevir şəhərində yaşıllıqların genişləndirilməsi üçün növbəti ağacəkmə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aksiyada rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, gənclər iştirak etmişlər. Aksiya zamanı şəhərin parklarına, küçələrin kənarına, sosial obyektlərin ətrafına 2 min ağac tingi və gül kolu əkilmişdir. Yaşıllaşdırma kampaniyasında iştirak edən əmək kollektivləri əkdikləri ağaclara mütəmadi qulluq göstərməyi öhdələrinə götürmüşlər.
Xatırladaq ki, son bir ildə Mingəçevir şəhərinin küçə və parklarına, ictimai obyektlərin ətrafına, yolların kənarına ümumilikdə 20 min müxtəlif ağac və gül kolları əkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]