Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevirdə su və kanalizasiya təchizatının yaxşılaşdırılmasına dair işlər görülür

Bakı, 21 avqust, AZƏRTAC

“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı”na uyğun olaraq İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti Mingəçevir şəhərində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı, kanalizasiya şəbəkə və qurğularının yenidən qurulması işləri həyata keçirir.

AZƏRTAC xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən əhalinin içməli su ilə təmin edildiyini, tullantı sularının sutəmizləyici qurğulara ötürüldüyünü, yağış sularının idarə olunması işlərinin həyata keçirildiyini, o cümlədən qanunsuz birləşmələrə qarşı mübarizə aparıldığını bildirib:

“Texniki şərt əsasında abonent qoşulmaları həyata keçirilir, tullantı su, o cümlədən su şəbəkəsində baş verən hər hansı bir qəzanın aradan qaldırılması işləri görülür. Xətlərin yenilənməsi, yeni xətlərin çəkilməsi də Mingəçevir şəhər Sukanal İdarəsinin gördüyü işlərə aiddir”.

İdarə əhali qrupu üzrə 31978 və qeyri-əhali qrupu üzrə 1598 olmaqla, ümumilikdə 33576 abonentə xidmət göstərir. Abonentlərin sayğaclaşma səviyyəsi 97 faiz təşkil edir.

Məhsuldarlığı sutkada 55 min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kub metr olan mərkəzi su anbarı tikilərək istismara verilib.

Qeyd olunub ki, şəhəri içməli su ilə təmin etmək üçün xam su Mingəçevir Su Anbarından diametri 800 millimetr olan boru xətti ilə sutəmizləyici qurğuya verilir. Sutəmizləyici qurğuda su 28 ədəd qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış 200 kilovatlıq 3 ədəd nasos aqreqatı vasitəsilə diametri 820 millimetr olan boru ilə mərkəzi su anbarına ötürülür.

Mingəçevir şəhər Sukanal İdarəsinin sahə rəisi Elçin Salmanov Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksi haqqında məlumat verərək deyib ki, gün ərzində saatda 2500 kub su təmizlənib mərkəzi su anbarına ötürülür: “Su anbardan diametri 1000 millimetrlik boru ilə şəhərə özaxımı vasitəsilə ötürülür. Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksində laboratoriyamız yerləşir. Laboratoriya gün ərzində suyun tərkibini nəzarətdə saxlayır”.

Ceyhun Musaoğlu diqqətə çatdırıb ki, Mingəçevir Su Anbarından sutəmizləyici qurğulara daxil olan su orada təmizlənərək +82 Su Anbarına daxil olur: “Ümumiyyətlə, Mingəçevir şəhəri üzrə su şəbəkəsinin uzunluğu 340 kilometrdir. Magistral xətlər 41 kilometr təşkil edir. Küçə və məhəllə daxili xətlər isə 299 kilometrdir. Şəhərə özaxımı ilə verilən su minlik xətlə ötürülür və 5,5 kilovatlıq 2 nasos da fəaliyyət göstərir. Dövlət Proqramı ilə 210 kilometrlik xətt çəkilib. 3 kanalizasiya stansiyası tikilib. Layihədə Çirkab Sutəmizləyici Qurğusunun tikilməsi nəzərdə tutulur ki, bununla bağlı da işlərə başlanılıb. 2 ədəd məhəllə daxili sutəmizləyici qurğu, 8 ədəd kanalizasiya nasos stansiyası var. Bütün bu işlər Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. 24 saat içməli su ilə şəhər təmin olunur”.

Şəhərin kanalizasiya şəbəkəsinin ümumi uzunluğu 316,6 kilometrdir. O cümlədən, magistral boru xətlərinin uzunluğu 62,5 kilometr, küçə və məhəllə daxili boru xətlərinin uzunluğu 254,1 kilometrdir. İdarənin istismarında 2 məhəllə daxili tullantı su təmizləyici qurğu və 8 kanalizasiya nasos stansiyası var.

Layihədə, həmçinin Xaldan şosesinin yaxınlığında sutkalıq gücü 65000 kubmetr olan yeni Çirkab Sutəmizləyici qurğusunun tikilməsi nəzərdə tutulub. Şəhər ərazisində texniki şərtə uyğun olaraq yeni qoşulmalar müntəzəm həyata keçirilir.

Mingəçevir şəhər Sukanal İdarəsinin sahə ustası Elnur Ələkbərovun sözlərinə görə, Heydər Əliyev prospektində vətəndaşın texniki şərtə uyğun müraciətinə əsasən, 63 millimetrlik borudan abonentə 32 millimetrlik boruya çıxış verilir: “İşlər bitdikdən sonra bu ünvan 24 saat fasiləsiz su ilə təmin olunacaq”.

Bildirilib ki, Mingəçevir şəhər Sukanal idarəsinin həllinə çalışdığı əsas problem su itkilərinin qarşısının alınmasıdır. Cari yarım ilin nəticələrinə görə, idarə üzrə su itkisi 54,5 faiz olub. Bəzi abonentlər ikili xətlərdən istifadə edirlər. Son üç ayda belə qanunsuz xətlərlə bağlı 94 cərimə aktı tərtib edilib. Şəhər ərazisində ictimai əsaslarla inşa edilmiş 273 bulaq idarə tərəfindən fasiləsiz su verilir. Digər bir məsələ debitor borclarla bağlıdır. Göstərilmiş xidmətlərə görə ödənişlərin təmin edilməsi üçün idarə tərəfindən gündəlik reydlər keçirilir. Su borcu çox olan abonentlərin su təminatı dayandırılır. Ödəniş edildikdən sonra təminat bərpa edilir. Eyni zamanda, suyun israf edilməməsi, ödənişlərin vaxtlı-vaxtında edilməsi barədə əhali arasında maarifləndirici xarakterli söhbətlər aparılır.

Qeyd olunub ki, bir ünvanda sayğacdan keçməyən diametri 20 millimetr su xətti aşkar olunub. Xətt sayğacdan keçmədən evi su ilə təchiz edir. Bu pozuntu abonent şöbəsinin əməkdaşları tərəfindən ləğv olunub, cərimə aktı yazılıb.

Ceyhun Musaoğlu son olaraq bildirib ki, xüsusən qızmar yay aylarında su itkisinin qarşısını almaq abonentlərin fasiləsiz su ilə təminatında əsas rol oynayır: “Çox təəssüf ki, şəhər ərazisində qeyri-qanuni qoşulmalar da var. Gəlin, suyumuzu qoruyaq, suyumuzun qayğısına qalaq, suyumuzu indi elə istifadə edək ki, gələcək nəsillərə ötürə bilək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır