Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının finalına yüksəlib
Bakı, 10 iyun, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda Elşad Quliyevin baş məşqçi olduğu kollektiv yarımfinalda Qazaxıstanı məğlubiyyətə uğradıb - 3:2.
Qazaxıstan millisi iki dəfə hesabda önə keçsə də, Bəxtiyar Soltanov 18-ci, Tural Nərimanov isə 26-cı dəqiqədə bərabərlik qollarını vurublar. Oyunda son nöqtəni 32-ci dəqiqədə Samir Həmzəyev qoyub.
Millimizin finaldakı rəqibi Bolqarıstan - Rumıniya matçında bəlli olacaq.