Minskdə iri şahmat turnirləri keçiriləcək
Minsk, 18 dekabr, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Kirsan İlyumjinov dekabrın 18-də Minskdə keçirilən görüşdə Belarus paytaxtında iri şahmat turnirlərinin müntəzəm keçirilməsi barədə razılığa gəliblər.
AZƏRTAC Belarus Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, gələn il Minskdə qadın şahmatçıların Qran-pri yarışı, payızda qadın şahmatçılar arasında nokaut sistem üzrə dünya çempionatı keçiriləcək. Çempionatda 50 ölkədən 64 ən güclü qadın şahmatçı birincilik uğrunda mübarizə aparacaq. Turnir 2006-cı ilin noyabrına nəzərdə tutulub.
Aleksandr Lukaşenko vurğulayıb ki, Belarus tərəfi hər hansı tədbiri onun ölkəsində keçirmək niyyəti olarsa FIDE-yə hər zaman kömək etməyə hazırdır.
K.İlyumjinov öz növbəsində bildirib ki, Minskdə iri şahmat turnirlərinin keçirilməsi Belarus şahmatçılarının dəstəklənməsi və inkişafı üçün faydalı olacaq.
Tərəflər razılığa gəliblər ki, Belarus MOK şahmatın Qış Olimpiya Oyunlarının proqramına daxil edilməsində FIDE-ni dəstəkləyəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]