Minskdə MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələrinin görüşü keçiriləcək
Oktyabrın 21-də Minskdə, MDB İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.
İclasda əsasən Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının oktyabrın 9-u və 12-də Minskdə keçirilmiş iclaslarının yekunları müzakirə olunacaq.
Daimi Səlahiyyətli Nümayəndələr Şurası (DİNŞ) DİNŞ-in və MDB İcraiyyə Komitəsinin qəbul edilmiş sənədlərin həyata keçirilməsi üzrə vəzifələrini müəyyən edəcəklər.
Müzakirə ediləcək ikinci məsələ MDB çərçivəsində miqrasiya sahəsində əməkdaşlıq üzrə qəbul edilmiş sənədlərin icrasının gedişatı olacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]