Misin qiymətində yeni rekord qeydə alınıb
Bakı, 6 yanvar, AZƏRTAC
Misin bir tonunun qiyməti ilk dəfə 13 min dolları keçib.
AZƏRTAC xəbər verir ki, misin bir tonunun qiyməti London Metallar Birjasında (LME) 1,5 faizədək artaraq 13 min 187 dollar olmaqla rekord həddə çatıb. Ötən gün isə misin qiymətində 4 faizdən çox artım qeydə alınıb. Noyabr ayının ortalarından bəri misin qiyməti 20 faizdən çox, ötən il ərzindən isə 42 faizədək bahalaşıb.
Ekspertlər qiymətdəki artım tendensiyasının təchizatdakı azalma fonunda davam edəcəyini bildirirlər. Eyni zamanda, dünyanın bir çox yerində potensial mis çatışmazlığı ilə bağlı da xəbərdarlıq olunub.
Qeyd edək ki, mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]