MİSİR AŞPAZLARI “GİNNESİN REKORDLAR KİTABI”NA DÜŞMƏK NİYYƏTİNDƏDİRLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Misir aşpazları sadə misirlilərin ən sevimli “kuşari” xörəyini hazırlamaqla “Ginnesin rekordlar kitabı”na düşmək niyyətindədirlər. Düyü, mərci, noxud, makaron və soğandan hazırlanan bu xörəyin çəkisi təxminən 6 ton olacaqdır. Nəhəng xörəyi bişirmək üçün dünyada ən böyük qazan da hazırlanacaqdır.
Bu qeyri-adi təamı avqustda Misirin Şərm-əş-Şeyx kurort şəhərində keçiriləcək “Bütün dünyada gözəllik və sülh” beynəlxalq festivalının qonaqları dadacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]