Misir parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək
Qahirə, 18 sentyabr, AZƏRTAC
Misir parlamentinin Nümayəndələr Palatasının nümayəndə heyəti Bakıya səfər edəcək.
AZƏRTAC xəbər verir ki, parlamentin birinci vitse-spikeri Səyyid Əhməd Şərifin başçılıq etdiyi nümayəndə heyətinə qanunverici orqanın dini məsələlər üzrə komitəsinin sədri və Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Usama Al-Adb, deputat Şükri al Cundi də daxildir.
Səfərin məqsədi Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubiley tədbirində iştirak etməkdir. Misir nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:33]
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]