Misir qəzeti: NATO-nun xüsusi nümayəndəsi Azərbaycana təşəkkürünü bildirib
Qahirə, 1 noyabr, AZƏRTAC
Misirin nüfuzlu “Əl Əhram” qəzetində “NATO-nun xüsusi nümayəndəsi Azərbaycana təşəkkürünü bildirib” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Prizin Əfqanıstandakı əməliyyatlara dəstəyinə, xüsusən Azərbaycan hərbi kontingentinin müttəfiqlərin Kabil aeroportundan təxliyəsində oynadığı mühüm rola görə təşəkkürünü bildirdiyi qeyd olunub.
“Əl Əhram”ın məqaləsində diqqətə çatdırılıb ki, bu yaxınlarda Cənubi Qafqaz regionuna səfər edən xüsusi nümayəndə yüksək rütbəli hərbçilər və mülki şəxslərlə regional təhlükəsizlik məsələlərini, həmçinin Şimali Atlantika alyansının 2022-ci ildə Madriddə keçiriləcək sammitinə hazırlıq çərçivəsində dialoq və əməkdaşlıq məsələlərini müzakirə edib. O, Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi, ələlxüsus hazırkı tərəfdaşlıq kontekstində birgə fəaliyyət perspektivləri ətrafında da fikir mübadiləsi aparıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]