Azərbaycan Dövlət İnformasiya Agentliyi

Misir səfiri: Azərbaycan bizim üçün önəmli ölkədir

Bakı, 13 iyul, AZƏRTAC

Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ölkələrimiz arasındakı mövcud siyasi-iqtisadi münasibətlər, mədəni əlaqələr, turizm imkanları, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində Misir şirkətlərinin iştirakı və digər məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Cənab səfir, Azərbaycan-Misir əlaqələrinin qədim tarixi var. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında əlaqələrin inkişafında yeni mərhələ başlayıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Misirin Azərbaycandakı səfiri olaraq ilk müsahibəmi AZƏRTAC kimi mötəbər xəbər agentliyinə verməkdən və sizi Bakıdakı Misir evində salamlamaqdan məmnunam.

Misir-Azərbaycan əlaqələrinin tarixi çox qədim olsa da, dövlətlərimiz arasında diplomatik münasibətlər təqribən 30 il əvvəl qurulub. Qeyd etmək yerinə düşər ki, Misirin sabiq Prezidenti Camal Əbdül Nasir hələ 1958-ci ildə Azərbaycana səfər etmişdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı qoyulub və artıq 30 ildən sonra bu əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir.

İqtisadi əlaqələrə gəldikdə, qeyd etməliyik ki, bu istiqamətdə hər iki tərəfdə böyük potensial var, lakin hazırkı göstəricilər mövcud potensialı əks etdirmir. Bildirməliyəm ki, bu ilin fevralında Bakıda Misir-Azərbaycan hökumətlərarası müştərək komissiyanın iclasının keçirilməsi ilə bu məsələ də öz həllini tapmaqdadır.

Ölkələrimizin mədəniyyətləri arasında bir çox oxşarlıqlar və yaxınlıq var. Belə ki, hər iki cəmiyyətdə tolerantlıq mövcuddur və bu, Misirlə Azərbaycanın sülhsevər dövlətlər olduğunu göstərir.

Mədəni sahədə əlaqələrdən danışarkən deməliyəm ki, Azərbaycan filmləri Misirdə keçirilən Qahirə, Şarm-əl-Şeyx və digər festivallarda, Azərbaycan nəşrləri isə Qahirə kitab sərgisində nümayiş olunur. Bu tədbirlər yerli tamaşaçı və oxucu auditoriyası tərəfindən böyük sevgi ilə qarşılanır. Bu, həm də onu göstərir ki, Azərbaycanın mədəni və mənəvi ruhu Misir üçün qətiyyən yad deyil.

- Yəqin ki, 30 il əvvəl Azərbaycanın zorla cəlb edildiyi regional münaqişə, eyni zamanda, 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibə və onun nəticələri barədə məlumatlısınız. Azərbaycanın işğaldan azad edilən ərazilərində bu gün nəhəng bərpa-yenidənqurma işləri aparılır. Misir şirkətlərinin bu layihələrdə iştirakı ilə bağlı nə kimi gözləntilər var?

- Misirdə bizim belə bir prioritetimiz var ki, davamlı sülhə nail olmağın yolu danışıqlardan keçir. Biz bunu regiondakı təcrübəmizə əsaslanaraq deyirik. İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh tez-gec bərqərar olacaq. Azərbaycan hökuməti nə etməyi və hansı hədəflərə çatmaq istədiyini yaxşı bilir.

Etimadnaməmi Azərbaycan Prezidentə təqdim edərkən bir sıra məsələlər, xüsusilə azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, infrastrukturun bərpası işlərində Misir şirkətlərinin iştirakı ilə bağlı söhbətimiz oldu. Artıq bu istiqamətdə addımlar atılır. Hökumətlərarası müştərək komissiyanın fevral ayında keçirilən iclasının nəticələrindən biri də budur. Misir tərəfdən müştərək komissiyanın sədri, beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Maşat Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə bu məsələ ətrafında müzakirələr aparıb. Eyni zamanda, ölkələrimizin özəl sektorları arasında da əməkdaşlıq önəmlidir.

Yaxın günlərdə Misirlə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək və düşünürəm ki, orada da hər iki ölkənin mənafeyinə xidmət edən məsələlər müzakirə mövzusu olacaq.

Misir Azərbaycanla əlaqələrə xüsusi önəm verir və bir çox sahələr üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu, ölkənizin yerləşdiyi coğrafi məkanın geostrateji önəmi ilə birbaşa bağlıdır. Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olması həm regiona, həm də ətraf bölgələrə müsbət təsirini göstərəcək. Azərbaycan bizim üçün önəmli ölkədir.

Fürsətdən istifadə edərək, 30 iyun inqilabında Misir xalqının iradəsini dəstəklədiyi üçün Azərbaycanın siyasi rəhbərliyinə təşəkkürümü bildirirəm.

- Artıq dördüncü aydır ki, Azərbaycandasınız. Ölkəmizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.

- İlk növbədə, qeyd edim ki, ölkəniz çox gözəldir, burada sabitlik hökm sürür. Azad olunmuş ərazilərə - Ağdama, Kəlbəcərə getdim. Kəlbəcərin gözəlliyi məni sözün əsl mənasında heyrətləndirdi. Oraları təbiətin möcüzəsi kimi qəbul etmək olar. Bu gözəllikdən xüsusi zövq aldım.

Yeri gəlmişkən, onu da vurğulamaq istərdim ki, Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpasını planlı şəkildə həyata keçirir. Bu ərazilərin yenidən qurulması ölkənizdə turizmin inkişafının yeni mərhələsinə təkan verəcək.

- Cənab səfir, ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığının bu günü və perspektivləri barədə nə deyə bilərsiniz?

- Qeyd etməliyəm ki, Misirlə Azərbaycanın adları çəkilən beynəlxalq təşkilatlar çərçivəsində çox məhsuldar əməkdaşlığı var, biz bir sıra prinsipial məsələlərdə, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə haqqın tərəfində olmuşuq. Bu ilin noyabrında Şarm-əl-Şeyxdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının növbəti konfransı keçiriləcək. Azərbaycan Prezidentinin həmin tədbirdə iştirakından çox məmnun olardıq. Çünki Prezident İlham Əliyev dünyada iqlim dəyişikliklərinin qarşısının alınmasına, tarixi abidələrin qorunmasına böyük diqqət ayıran liderlərdən biridir.

Azərbaycan müxtəlif çağırışların həlli ilə bağlı müzakirələrin aparıldığı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Məsələn, mənim də iştirak etdiyim Bakı Qlobal Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin konfransı, Qoşulmama Hərəkatına üzv dövlətlərin Parlament Şəbəkəsinin Bakı Konfransı kimi mühüm tədbirlər cəmi bir ay ərzində baş tutub.

Sonda azərbaycanlı turistləri Misirə dəvət etmək istərdim. Əminəm ki, bu səfər onların xatirəsində həmişəlik qalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir