Misirdə daha bir koronavirus xəstəsi həyatını itirib
Qahirə, 13 mart, AZƏRTAC
Misirdə koronavirusa yoluxan daha bir nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin məlumatında Dəqahliyə vilayətinin sakini olan 60 yaşlı qadının cümə axşamı günü Mənsurə Ağciyər Xəstəxanasında öldüyü bildirilir. Qeyd olunur ki, son iki gün ərzində daha 13 nəfərdə COVID-19 aşkar edilib. Onların üçü əcnəbi, on nəfəri isə Misir vətəndaşıdır.
Beləliklə, Misirdə koronavirusdan ölənlərin sayı iki nəfərə çatıb. Martın 8-də Hurhaqada alman turist də bu xəstəlikdən ölmüşdü.
Nazirliyin məlumatına görə, indiyədək ölkədə 80 nəfər koronavirusa yoluxub və onlardan 20-si müalicə edilərək evə buraxılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]