Misirin kurort şəhəri 6 illik fasilədən sonra Rusiyadan turistləri qəbul edib
Qahirə, 9 avqust, AZƏRTAC
Misirin Hurqada Beynəlxalq Hava Limanı 6 illik fasilədən sonra Rusiyadan 300 nəfərlik ilk turist qrupunu qəbul edib. İki ölkə arasında aviareyslər 2015-ci ilin oktyabrında - Sinay yarımadasında turistləri daşıyan rus təyyarəsinin partladılması və 224 nəfərin həlak olmasından sonra dayandırılmışdı.
AZƏRTAC xəbər verir ki, Misirin Hurqada kurort şəhərində rusiyalı turistləri gül-çiçəklə qarşılayıblar. “EgyptAir” aviaşirkəti Moskvadan turistləri daşımağı öz öhdəsinə götürüb. Aviaşirkətin icraçı direktoru Amr Abul-Eneyin bildirib ki, bu turizm mövsümündə Rusiyadan 10 min 800 turistin Şarm əl-Şeyx və Hurqadaya gəlməsi nəzərdə tutulur. Bundan başqa, aviaşirkət Moskva ilə Qahirə arasında da birbaşa aviareyslər həyata keçiriləcək. Misir paytaxtına 2018-ci ildə bərpa olunan uçuşları Rusiyanın “Aeroflot” aviaşirkəti həyata keçirirdi.
Qırımızı dənizin kurort şəhərlərinə isə turistlərin gedişi Rusiya Prezidenti Vladimir Putinin göstərişindən sonra bərpa olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]
Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [20:53]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [20:14]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [20:00]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [19:55]