MOİK UEFA Avropa Liqasının səkkizdəbir mərhələsinə adlayıb
Bakı, 21 fevral, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində Rusiyanın MOİK klubu doğma meydanda Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edib.
Meydan sahibləri ilk hissənin 45-ci dəqiqəsində Alan Dzaqoevin qolu ilə hesabı açıblar. Komandalar fasiləyə bu hesabla yollanıblar.
Matçın ikinci hissəsində qapılara qol vurulmayıb. Görüş MOİK-in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, iki oyunun nəticəsinə görə MOİK Avropa Liqasının səkkizdəbir finalına adlayıb.
Xatırladaq ki, komandalar arasında Serbiyada keçirilən ilk qarşılaşma heç-heçə ilə nəticələnmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]