Moldova KİV-i: Prezident İlham Əliyev Ermənistanın 10 noyabr Bəyanatına əməl etmədiyini bildirdi
Kişineu, 16 iyul, AZƏRTAC
Moldovanın nüfuzlu KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin altı ayının yekunlarına dair müşavirədəki çıxışına geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, Moldovanın "Noi.md", "Tv8.md" və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin müşavirədə Ermənistanla bağlı fikirləri işıqlandırılıb.
Məqalədə Prezident İlham Əliyevə istinadla qeyd olunur ki, Ermənistan 10 noyabr Bəyanatına əməl etmir. Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırır. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır.
Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu