Moldovada koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb
Kişineu, 10 mart, AZƏRTAC
Moldovada koronavirusa görə bütün kütləvi, mədəni, idman tədbirlərinin keçirilməsi təxirə salınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Səhiyyə naziri Viorika Dumbredyanu məlumat verib.
Onun sözlərinə görə, tədricən muzey, teatr tamaşaları, sərgilər də təxirə salınacaq.
“Biz vəziyyətin daha kritik olmasını gözləməməliyik. Bütün vətəndaşlardan da verilən qərarlara anlaşıqlı yanaşmasını xahiş edirik”, -deyə nazir əlavə edib.
Qeyd edək ki, Moldovada da koronavirusa yoluxma halı qeydə alınıb. Bununla bağlı ölkədə “narıncı təhlükə” kodu elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]