DÜNYA
Moldovalı analitik: Olimpiya Oyunları Fransa üçün milli rüsvayçılıq oldu
Kiyev, 15 avqust, AZƏRTAC
Parisdə keçirilən Olimpiya Oyunları Fransa üçün milli rüsvayçılıq oldu.
AZƏRTAC xəbər verir ki, bu fikri BELTA-nın yutub kanalındakı “Mövzuya dair” layihəsində moldovalı iqtisadçı, analitik Sergey Banar ifadə edib.
Analitik deyib: “Bizi təhqir etdilər. Onlar şüurlu şəkildə bizim dəyərlərimizi ayaq altına atdılar. Mənə izah edəndə ki, onlar nəyisə gözdən qaçırıblar, bunun təsadüf olduğuna inanmıram. Biz başa düşməliyik ki, Fransa Rotşildlərin malikanəsidir. Kimsə Rotşild malikanəsində ən yüksək səviyyədə icazə alınmadan nəyinsə baş verdiyini düşünürsə, o, çox sadəlövh insandır və bu mexanizmin necə işlədiyini bilmir. Mən bu barədə hələ may ayında Makron erkən seçkilər elan edəndə danışmışdım və bildirmişdim ki, bu Olimpiada Fransa üçün milli rüsvayçılıq olacaq. Məhz belə də oldu. Hər kəs mənim niyə bu qədər arxayın düşündüyümlə maraqlanırdı. Siz Fransanın deqradasiya səviyyəsini və dərəcəsini tam şəkildə dərk etmirsiniz. Məsələn, əgər 1975-ci ildə fransızların cəmi 23 faizi homoseksual davranışın normal olduğuna inanırdısa, 2022-ci ildə bu rəqəm artıq 84 faizə çatıb. Yəni bu, dəyərlər və mahiyyətlə bağlı məsələdir. Siz başa düşməlisiniz ki, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı və Olimpiya Oyunları “Bretton Woods” sistemi adlanan eyni pazlın hissələridir. Onun maliyyə mərkəzi Vaşinqtonda, intellektual mərkəzi isə Londondadır və bu, Qərbin hegemonluğunun son 80 ildə qurduğu sistemdir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev