Moldovanın Baş prokurorluğu və Azərbaycanın Ali Məhkəməsi arasında əməkdaşlıq müzakirə olunub
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Sədr Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində daim iş aparılır, hakim vəzifəsinə seçim prosedurları müasir standartlara uyğunlaşdırılır, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.
Sonra Moldovanın Baş prokurorluğu və Azərbaycanın Ali Məhkəməsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]