SİYASƏT
Moldpress ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən yazıb
Kişineu, 13 dekabr, AZƏRTAC
Moldovanın “Moldpress” Dövlət İnformasiya Agentliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş rumın, rus və ingilis dillərində geniş məqalə yayıb.
Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə ümummilli lider Heydər Əliyevin ömür yolu, Azərbaycanda dövlət quruculuğu, o cümlədən müxtəlif sahələrin inkişafında müstəsna xidmətləri barədə məlumatlar verilir. Ulu Öndərin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda keçirilən islahatlar, əldə olunan nailiyyətlərdən söz açılır. Bununla yanaşı, məqalədə ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində çətin bir vaxtda xalqın tələbi ilə rəhbərliyə qayıtması, respublikanı tənəzzüldən, böhrandan çıxararaq, ölkəmizin müasir inkişafının bünövrəsini qoyması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və digər məsələlər haqqında bəhs olunur.
Agentlik ulu öndər Heydər Əliyevi dünya şöhrətli və böyük nüfuza malik siyasi xadim olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev