Monteneqroda təhsil müəssisələrini mühafizəçilər qoruyacaq
Podqoritsa, 26 sentyabr, AZƏRTAC
Monteneqro hökuməti ölkədəki məktəblərin mühafizəçilər tərəfindən qorunması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, məqsəd təhsil müəssisələrində fiziki zorakılıq və digər xoşagəlməz halların qarşısını almaqdır.
Yeni qayda oktyabrın 1-dən dekabrın 31-dək qüvvədə olacaq. Ölkə üzrə ümumilikdə 68 ibtidai məktəb, 44 orta məktəb və bir tələbə yataqxanasında fiziki təhlükəsizlik təmin ediləcək. Bu məqsədlər üçün Təhsil, Elm və İnnovasiya Nazirliyinin büdcəsindən 418,2 min avro ayrılacaq.
Bildirilib ki, hökumət üçün təhsil müəssisələrində şagirdlərin və əməkdaşların təhlükəsizliyi prioritetdir. Təhlükəsizliyin təmin edilməsi, uşaqların və gənclərin bilik öyrənməsi və inkişafı üçün dəstəkləyici mühitin yaradılması məqsədilə bundan sonra da səy göstəriləcək.
Xatırladaq ki, ötən illərdə Monteneqroda təhsil müəssisələrində çox sayda insident olub, 100-dən çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]