Monteneqroda üç telekommunikasiya şirkəti rəqabət qaydalarını pozmaqda şübhəli bilinir
Podqoritsa, 4 aprel, AZƏRTAC
Monteneqroda fəaliyyət göstərən üç telekommunikasiya şirkətinin rəqabət qaydalarını pozub-pozmadığı araşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqronun Rəqabətin Müdafiəsi Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Montenegrin Telekom”, “M:Tel” və “One” şirkətlərinin qiymətlər barədə və eyni vaxtda qiymət artımı ilə bağlı razılığa gəldiyi iddia olunur. Əgər araşdırma onların rəqabət qaydalarını pozduğunu sübut edərsə bu şirkətlər cəzalandırıla bilər.
Agentlik hər üç şirkətə qarşı icraat başladıb. Rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədilə şirkətlərin müvafiq sənədləri araşdırılır.
İddia olunur ki, həmin şirkətlər elektron rabitə xidmətləri bazarında şərtləri müəyyən edən və effektiv rəqabətin qarşısını alan yazılı, şifahi və ya gizli razılaşmalar vasitəsilə rəqabəti pozub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]