MORDVADA QURAN QİRAƏTÇİLƏRİNİN 1-Cİ RESPUBLİKA MÜSABİQƏSİ KEÇİRİLƏCƏK
AZƏRTAC Müstəqil İslam İnformasiya Agentliyinə istinadla xəbər verir ki, yanvarın 26-da Saranskda Mordva Respublikası Müsəlmanları İdarəsinin təşkil etdiyi Quran qiraətçilərinin birinci respublika müsabiqəsinin finalı keçiriləcəkdir. Finalda respublikanın rayonlarındakı müsəlman icmalarında iki həftə ərzində keçirilmiş yerli müsabiqələrin qalibləri iştirak edəcəklər.
Müsabiqədə iştirak üçün yaş həddi qoyulmayıbdır. İştirakçılar düzgün, avazla və bəlağətli oxunuşa görə qiymətləndiriləcək qaliblər diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.