Moskvada qasırğa nəticəsində bir nəfər ölüb
Moskva, 13 mart, AZƏRTAC
Moskvada qasırğa nəticəsində bir nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün “Twitter” səhifəsində məlumat verib. Rusiya paytaxtının Təsərrüfat İşləri üzrə Komitəsinin mətbuat xidməti daha iki nəfərin yaralandığını bildirib. Ölən şəxsin avtomobilinin üstünə ağac düşüb. O, hadisə yerində ölüb. Təbii fəlakət nəticəsində 200-dən çox ağac aşıb.
Qeyd edək ki, Rusiya paytaxtında martın 13-də saniyədə 25 metr sürətlə külək əsib. Sakinlərə qasırğa xəbərdarlığı edilib. Mer Sergey Sobyanin əhaliyə müraciətində ehtiyac olmadığı təqdirdə, evdən çıxmamağı tövsiyə edib. Moskva aeroportlarında 39 reys təxirə salınıb, 15 reys ləğv olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]