MOSKVADA “SƏFİRLİKLƏRİN YARMARKASI” AÇILMIŞDIR
Sərgidə Azərbaycan, Anqola, Türkiyə, Səudiyyə Ərəbistanı, Macarıstan, Polşa, Moldova, Yunanıstan, Xorvatiya, Ekvador, Efiopiya və digər ölkələrin səfirlikləri iştirak edirlər.
Sərgiyə gələnlər əsl hind çayının, Azərbaycan konyakının, Moldova şərabının, Efiopiya kofesinin, xorvat ədviyyəsinin, yunan zeytununun dadına baxacaq və onları ala biləcək, türk xalatını əyninə geyib baxacaqlar.
Tədbirin təşkilindən əsas məqsəd müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin inkişafını təşviq etməkdir. Əldə edilən vəsaitin hamısı Moskvanın və Moskva vilayətinin uşaq evlərinə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]
Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub
- 01.10.2026 [15:26]