“Mossad” rəhbəri Qətərlə danışıqlar aparmağa göndərilib
Bakı, 16 dekabr, AZƏRTAC
İsrail kəşfiyyatının (Mossad) rəhbəri David Barnea HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi barədə yeni sazişin müzakirəsi üçün Avropaya göndərilib.
AZƏRTAC “The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, David Barnea burada Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək. Bu, bir həftəlik atəşkəs rejimi başa çatdıqdan sonra İsrail və Qətər nümayəndələri arasında ilk görüş olacaq.
İsrail televiziyasının 13-cü kanalı isə öz növbəsində İsrailin hərbi nazirlər kabinetinin fikir ayrılığına görə, “Mossad” rəhbərini girovların azad olunması üzrə yeni müqavilə barədə mümkün danışıqlara göndərməmək qərarına gəldiyini iddia edib. Eyni zamanda, İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalant Qəzza sektorunda hərbi əməliyyatları davam etdirməyi və HƏMAS hərəkatından yeni sazişə dair müvafiq siqnal gözləməyi zəruri hesab edir.
Dekabrın 15-də David Barnea ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanla Təl-Əviv şəhərində görüşüb. Görüşdə Qəzza sektorunda girovların vəziyyəti müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]