Mozambikdə “Çido” qasırğası nəticəsində ölənlərin sayı 73-ə çatıb
Bakı, 20 dekabr, AZƏRTAC
Mozambikdə “Çido” qasırğası nəticəsində ölənlərin sayı 73-ə çatıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində daha 543 nəfər yaralanıb.
Ölkənin Milli Fəlakət Risklərinin İdarə Edilməsi və Azaldılması İnstitutunun verdiyi hesabata görə, hökumət təcili dəstəyə ehtiyacı olan 1349 nəfərin yaşaması üçün nəzərdə tutulmuş iki təcili yaşayış mərkəzini istifadəyə verib. Hesabatda qeyd edilib ki, ümumilikdə siklon 48 səhiyyə müəssisəsi, 13 ibadət yeri, 186 elektrik dirəyi, 9 su sistemi və 171 balıqçı gəmisi ilə yanaşı 36 min 207 evi dağıdıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]