MSTİSLAV ROSTROPOVİÇ HAQQINDA SƏNƏDLİ FİLMİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
“Salnamə” studiyasının istehsalı olan, iki hissədən ibarət film şöhrətli mayestronun və onun atasının Bakı həyatından danışır. Birinci hissədə M.Rostropoviçin ifasında Polşa bəstəkarı Dvorjakın “Violonçel üçün orkestr konserti”nin musiqi sədaları tamaşaçıları uzaq keçmişə - Leonold Rostropoviçin arvadı ilə Bakıya gəldikləri 1914-cü ilə aparır.
Filmə baxan tamaşaçıya o da məlum olur ki, Azərbaycanda ilk simfonik orkestri Leopold Rostropovic böyük bəstəkarımız Üzeyir Hacıbəyovla ikilikdə yaratmışlar.
Mayestronun Niyazi ilə birlikdə konserti, Prezident Heydər Əliyevin ona “Şöhrət” ordeninin təqdimat mərasimini göstərən kadrlar filmin ikinci hissəsindədir.
Filmin ssenari müəllifi A.Dadaşovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:23]
Payızın ilk “Ulduz”u
- 30.09.2026 [12:49]