Muan hava limanı 56 gündən sonra uçuşları bərpa edib
Bakı, 24 fevral, AZƏRTAC
Dekabrın 29-da “Jeju Air” aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində tamamilə bağlanan Muan Beynəlxalq Hava Limanı 56 gündən sonra təcili tibbi yardım və təhsil təlimləri üçün uçuşları bərpa edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilib ki, aviasiya rəhbərləri bazar günü axşam saat 9-dan başlayaraq xilasetmə, axtarış və tibbi təxliyə üçün hava limanının idarəetmə qülləsi tərəfindən təsdiqlənmiş uçuşlara icazə verib.
Hazırda orada 5 universitet və 3 özəl təşkilat 21 təyyarə ilə uçuş təlimi keçirir.
Qeyd edək ki, bu, son bir ayda Cənubi Koreyada təyyarələrlə bağlı 2-ci hadisədir. Dekabrın 29-da “Jeju Air” aviaşirkətinin sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi zamanı uçuş zolağından çıxaraq beton hasara çırpılması nəticəsində təyyarə yanmış, nəticədə 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]