“MÜASİR AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR”
Mərasim iştirakçıları Heydər Əliyev adına liseydə ümummilli liderimizin büstü önünə tər güllər qoyaraq ulu öndərin xatirəsini ehtiramla yat etdikdən sonra burada təşkil edilmiş Heydər Əliyev guşəsinin zəngin eksponatları ilə tanış olmuşlar.
Xatirə mərasimi liseydəki iclas salonunda davam etdirilmişdir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyatı qədər sevdiyi xalqı qarşısında əvəzsiz xidmətlərindən ətraflı bəhs etmişdir.
Milli Məclisin deputatı Hüseynbala Mirələmov tarixi şəxsiyyət olan Heydər Əliyevin hələ sağlığında xalqın qəlbində əbədiyyət qazandığını vurğulamışdır.
Siyasi İnnovasiya Texnologiyaları Mərkəzinin direktoru Mübariz Əhmədoğlu geniş diapazona, zəngin idarəçilik təcrübəsinə malik ulu öndərin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı məqamları barədə ətraflı söhbət açmışdır.