Müasir informasiya texnologiyalarının elmi-nəzəri əsasları tədqiq edilib
Bakı, 26 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ötən 6 ayda bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlər işlənilib və mühüm nəticələr əldə olunub. Bulud texnologiyalarının elmi-nəzəri problemləri araşdırılıb, mobil hesablama buludlarında proqram təminatlarının (resursların) “cloudlet”lərdə səmərəli yerləşdirilməsi üçün metod və alqoritm işlənilib. Bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik məsələləri üçün mexanizmlər işlənilib, şəhər miqyaslı mobil şəbəkə mühitində “cloudlet”lərin optimal yerləşdirilməsi metodu ilə bağlı tədqiqatlar aparılıb. Superkompüterin enerji sərfiyyatında meydana çıxan problemlər və onların həlli yolları və digər mövzular araşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]