Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir suvarma metodları və yüksək məhsuldarlıq: Şərurda kartofçuluq yeni mərhələdə VİDEO

Naxçıvan, 27 iyul, AZƏRTAC

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edən əsas istiqamətlərdən biri suvarma sistemlərinin təkmilləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadənin təşkili və müasir texnologiyaların tətbiqinin genişləndirilməsidir. Dövlət Proqramının əsas fundamental tədbirlərindən biri kimi müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, proqramın icrası nəticəsində hazırda 130 min hektar təşkil edən müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrin 2030-cu ilədək 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bu hədəf su itkilərinin azaldılması, su resurslarından daha səmərəli istifadə və kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlər həyata keçirilir. Su ehtiyatlarının səmərəli idarə olunması, suvarma infrastrukturunun yenilənməsi, qapalı suvarma şəbəkələrinin yaradılması, hidrotexniki qurğuların müasirləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqi aqrar siyasətin əsas prioritetləri sırasında yer alır. Muxtar respublikanın əsas kənd təsərrüfatı rayonlarından olan Şərur bu sahədə qabaqcıl mövqeyi ilə seçilir.

Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Abbas Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı bildirib ki, rayonda xüsusilə kartofçuluq təsərrüfatlarında müasir suvarma üsullarının tətbiqi genişlənir. Bu texnologiyalar su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, bitkilərin vegetasiya dövründə optimal su təminatını təmin edir, məhsuldarlığın və istehsalın səmərəliliyinin artmasına şərait yaradır.

Muxtar respublikada bu il həyətyanı təsərrüfatlar istisna olmaqla ümumilikdə 581,6 hektar sahədə kartof əkini aparılıb. Əkin sahələrinin böyük hissəsi – 540 hektarı Şərur rayonunun payına düşür ki, bu da rayonun kartofçuluqda əsas istehsal mərkəzlərindən biri olduğunu göstərir. Əkinlərdə əsasən yüksək məhsuldarlığı ilə seçilən sertifikatlaşdırılmış toxum sortlarından istifadə olunub. Vegetasiya dövründə aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, eləcə də müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb.

O qeyd edib ki, rayonda kartof yığımı sürətlə davam edir. Fermerlər sahələrdə məhsulun vaxtında və itkisiz toplanması üçün intensiv iş aparırlar. Müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrində hər hektardan 600–700 sentnerədək məhsul əldə edilir ki, bu da ənənəvi üsulla suvarılan sahələrlə müqayisədə xeyli yüksək göstəricidir. Hazırda rayon üzrə kartof əkilən sahələrin təxminən 80 faizində - 435 hektarda müasir suvarma sistemləri tətbiq olunur. Su ehtiyatlarından səmərəli istifadəyə, məhsuldarlığın artırılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edən bu yanaşma 2026–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Gözlənilir ki, növbəti illərdə müasir suvarma texnologiyalarından istifadə edən fermerlərin sayı daha da artacaq və məhsuldarlıq yüksələcək. Hazırda kartof sahələrinin təxminən 30 faizində yığım başa çatdırılıb, digər sahələrdə isə məhsul yığımı mərhələli şəkildə davam etdirilir.

Muğancıq Müslüm kənd sakini, fermer Hüseyn Cəfərov deyib ki, hazırda kartof yığımını başa çatdırdıqları sahələrdən əldə olunan məhsul anbarlara daşınır: "Bu il təxminən 15-16 hektar sahədə kartof əkmişdik. Əkin sahələrində müasir suvarma sistemindən istifadə edirik. Bu sistem həm məhsuldarlığı artırır, həm də bitkilərin xəstəlik və zərərvericilərdən, o cümlədən tel qurdunun vurduğu zərərdən qorunmasına kömək edir. Yığdığımız məhsulu anbarlarda saxlayırıq ki, qış aylarında bazarın tələbatını ödəyə bilək. Məhsulumuzu həm yerli bazara, həm də Bakıya və ölkənin digər bölgələrinə göndəririk. Gələcək illərdə əkin sahələrimizi daha da genişləndirməyi planlaşdırırıq".

O qeyd edib ki, rayonun münbit torpaqları eyni sahədə il ərzində təkrar əkin aparmağa imkan verir. Hazırda üç hektarda təkrar əkin başa çatdırılıb və yaxın günlərdə digər ərazilərdə əkin aparılacaq. Bu il su təminatı da yüksək səviyyədədir. Araz çayı üzərində yerləşən nasos stansiyalarının yenidən işlək vəziyyətə gətirilməsi suvarmanın yaxşılaşmasına mühüm töhfə verib. Fermer bu şəraitin yaradılmasına görə bütün təsərrüfatçılar adından dövlət başçısına minnətdarlığını ifadə edib.

“Hazırda 10 hektar sahədə kartof yığımı aparmışıq. Hektardan orta hesabla 60-65 ton məhsul əldə edirik. Qalan 7-8 hektar sahədə də yığımı 4-5 gün ərzində başa çatdırmağı planlaşdırırıq. Ötən il 12 hektar sahədə kartof əkmişdik, bu il isə əkin sahəsini 18 hektara çatdırmışıq. Məqsədimiz növbəti illərdə bu sahələri daha da artırmaqdır”, - deyə təsərrüfatçı əlavə edib.

Şərurun kartof sahələrində müasir suvarma sistemlərinin tətbiqi bir daha göstərir ki, kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmağın əsas şərtlərindən biri su ehtiyatlarından səmərəli istifadədir. Əldə olunan nəticələr təsdiqləyir ki, suvarma sahəsində aparılan islahatlar Naxçıvanda kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəldilməsinə, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və fermerlərin gəlirlərinin artmasına mühüm töhfə verir. Bütün bunlar deməyə əsas verir ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin ardıcıl icrası, suvarma infrastrukturunun daha da müasirləşdirilməsi və fermerlərin innovativ texnologiyalara üstünlük verməsi qarşıdakı illərdə məhsul istehsalının həcmini və keyfiyyətini artıracaq, aqrar sektorun dayanıqlı inkişafını sürətləndirəcək, regionun kənd təsərrüfatı potensialının daha səmərəli reallaşdırılmasına şərait yaradacaq.

Müxbir - Nail Əsgərov

Müasir suvarma metodları və yüksək məhsuldarlıq: Şərurda kartofçuluq yeni mərhələdə VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb