Müdafiə Nazirliyi: Düşmənin uzunmüddətli atəş nöqtəsi məhv edilib VİDEO
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində milli ordumuzun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi atəşə məruz qoyan Ermənistan silahlı qüvvələri bölmələrinin uzunmüddətli atəş nöqtəsi ordumuz tərəfindən məhv edilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.